Türkiyənin müdafiə naziri Yaşar Gülər Müdafiə Nazirliyinin 2024-cü il büdcəsinin müzakirəsi zamanı Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub.
7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaşar Gülər deyib:
“Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olması üçün yeni imkanlar açılır. Ümid edirik ki, Ermənistan bu fürsəti dəyərləndirəcək”, – nazir qeyd edib.
Follow @7timesaz