Dünya

Ərdoğan ABŞ-a gedir – NATO sammitində çıxış edəcək

Ərdoğan ABŞ-a gedir – NATO sammitində çıxış edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedir.

7Times.az  xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirləcək NATO smmitində  iştirak edəcək.

Sabah başlayacaq və NATO-nun 75-ci ildönümünü qeyd edəcək zirvə toplantısında Ərdoğanın İsrailin Qəzzada törətdiyi qətliamın dayandırılması və daimi sülhün əldə edilməsi üçün nələr edilməsi lazım olduğuna dair çıxışı gözlənilir.

Sammitin ilk günü, iyulun 9-da NATO-nun 75-ci ildönümü ilə bağlı anma proqramı təşkil olunacaq. Bu proqramda iştirakı gözlənilən prezident Ərdoğan 32 üzvlü ittifaqın dövlət və hökumət başçılarının 10 iyul çərşənbə günü keçiriləcək toplantısında iştirak edəcək. Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verəcəyi şam yeməyində bir araya gələcək.

Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar. Prezident Ərdoğan sammit çərçivəsində bir çox ikitərəfli görüşlər də keçirəcək.

NATO-nun builki sammitində alyans üzvləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Üzv dövlətlər dünyanın “Soyuq Müharibə”dən bəri ən böyük təhlükəsizlik problemlərindən keçdiyi bu dövrdə müdafiə tədbirlərini müzakirə edəcəklər.

Türkiyə lideri Vaşinqtonu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.