Yer kürəsində güclü maqnit qasırğası başlayıb
“Report”-un məlumatına görə, bu barədə TASS “Fobos” Hava Mərkəzinə istinadən xəbər verir.
“Yer kürəsində çox güclü maqnit qasırğası var! Gözlənilən güclü maqnit qasırğası gecikmə ilə başladı”, – Mərkəzin mütəxəssisi Mixail Leus qeyd edib.
O əlavə edib ki, fırtına Bakı vaxtı ilə 07:00-dan sonra başlayıb və günün ikinci yarısında bitməlidir. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcək.
Follow @7timesaz