Gürcüstan polisi “oğru aləmi”nə qarşı əməliyyat keçirib.
7Times.az-ın məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi 26 nəfərin tutulduğunu bildirib.
Əməliyyat Tbilisi, İmereti və Sameqreloda baş tutub.
Dörd nəfərə qiyabi ittiham irəli sürüldüyü, onlardan üçünün “qanuni oğru” olduğu bildirilir.
Qeyd olunur ki, saxlanılan “Oğru aləmi” üzvləri və “oğru aləmi” tərəfdarları vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin qanunsuz yollarla həllinə cəlb olunublar. Təqsirləndirilən şəxslər xaricdəki “qanuni oğrularla” əlaqə saxlayıb, şəxsi maraqları üçün “oğru yığıncaqları” təşkil ediblər.
Follow @7timesaz