Ölkə

Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib

Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2592.7 kq qızıl, 3218.1 kq isə gümüş istehsal edilib.

“7Times.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6%, gümüş istehsalı isə 19% artıb.

Qeyd edək ki, 2025-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 69.7 kq və 699.1 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.