ABŞ-nin BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yaydığı Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul olunarsa, anklavdakı vəziyyəti yaxşılaşdırmayacaq.
“7Times.az” xəbər verir ki, bu fikri “HƏMAS”ın sözçüsü Hazem Qasem “Əl-Cəzirə”yə deyib.
Onun sözlərinə görə, ABŞ-nin qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzada vəziyyəti sabitləşdirmək məqsədi daşımır. Belə ki, qətnamə atəşkəsi gücləndirəcək və anklavda beynəlxalq sülhməramlı qüvvələrin formalaşdırılmasına imkan verəcək sənəd olmalıdır.
“HƏMAS” nümayəndəsi qeyd edib ki, hərəkat BMT Təhlükəsizlik Şurasının üzvlərinin İsrailin Qəzza zolağına, İordan çayının qərb sahilinə və Qüdsə qarşı hücumun qarşısını alacaq, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin edəcək qətnamə qəbul etməsində israrlıdır.
Follow @7timesaz


