Slovakiya Baş naziri Robert Fitso NATO-ya ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı rəsmi müraciət edib.
Bu barədə o, Bratislavada NATO baş katibi Mark Rütte ilə görüşdən sonra bildirib.
Görüş zamanı Fitso həmçinin Slovakiyanın yaxın illərdə müdafiə xərclərini hansı tempdə və hansı struktura uyğun artıracağını özünün müəyyən etmək istədiyini vurğulayıb. O, qeyd edib ki, bir çox NATO ölkələri hərbi xərclərini artırsa da, Slovakiya bu sahədə qərarları müstəqil şəkildə verməlidir.
Slovakiya hökumətinin görüşdən sonra yaydığı açıqlamada bildirilir ki, Fitso ölkənin hava hücumundan müdafiəsinin əlavə gücləndirilməsi üçün NATO baş katibinə müraciət edib.
Follow @7timesaz


