Dünya

COP31 Türkiyədə keçiriləcək

COP31 Türkiyədə keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə növbəti il iqlim üzrə COP31 sammitinə ev sahibliyi edəcək.

7Times.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese məlumat verib.

Tərəflər kompromis əldə edib. COP31-in sədrliyi Türkiyəyə veriləcək, hazırlıq tədbirləri isə Sakit Okean regionunda təşkil olunacaq, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək”, – Albanese bildirib.

O qeyd edib ki, bu qərar həm Avstraliya, həm də Türkiyə üçün əhəmiyyətli diplomatik uğur sayılır.

“Röyters”in məlumatına görə, COP31-in Antalya şəhərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət öncə Avstraliya Baş naziri Entoni Albanese COP31 iqlim sammitini Türkiyə ilə birgə keçirməyəcəklərini bildirmişdi.