Dünya

HƏMAS ABŞ-ni xəbərdar edib  Hərbi əməliyyatlar bərpa oluna bilər

HƏMAS ABŞ-ni xəbərdar edib – Hərbi əməliyyatlar bərpa oluna bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatı ABŞ-ni Qəzza sektorunda atəşkəs razılaşmasının müddətinin başa çatması ilə bağlı hərbi əməliyyatlara qayıtmağa hazır olduqları barədə məlumatlandırıb.

7Times.az-ın məlumatına görə, bunu “Al Arabiya” telekanalı xəbər verib.

Məlumata əsasən, HƏMAS nümayəndələri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa və ABŞ liderinin kürəkəni Cared Kuşnerə razılaşmanın müddəti bitdikdən sonra İsrailin artıq anlaşmanın şərtlərini pozduğu üçün döyüşləri davam etdirməyə hazır olduqları barədə məlumat veriblər.

Telekanalın məlumatına görə, hərəkat üzvləri atəşkəsin qarşılıqlı olmasını və Qəzzanın yeni Livana çevrilməsinə imkan verməyəcəklərini bildiriblər.