Azərbaycan Prezidentinin sabiq köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-ın Kolumbiya Universitetinin məzunu olub.
7times.az xəbər verir ki, bu barədə professor Ə.Həsənov “Facebook” hesabında məlumat və fotolar paylaşıb.
O qeyd edib ki, oğlu Şamxal Kolumbiya Universitetinin magistr pilləsini uğurla başa vuraraq məzun olub.
Ə.Həsənov bu münasibətlə oğlunu təbrik edib və sevincini sosial şəbəkədə paylaşıb.