Sosial şəbəkədə Azərbaycan polisinin erməni maşının üzərində əks olunan qondarma rejimin bayrağını süngü ilə silməsini əks etdirən görüntülər yayılıb.
7times.az xəbər verir ki, görüntülər Gorus-Qafan yolunda Azərbaycanın qurduğu postda qeydə alınıb. Təxribatçı ermənilər öz daimi missiyalarına sadiq qalaraq avtobusun üzərinə qondarma rejimin bayrağını çəkiblər və postda yoxlanış zamanı bu Azərbaycan polisinin diqqətindən yayınmayıb.
Polisimiz süngü ilə həmin qondarma bayrağı silir və sonda “Qarabağ Azərbaycan” deyib sürücünü yola salır.
Həmin görüntüləri təqdim edirik:
Follow @7timesaz