Aktual

Dünyanın ən uzunömürlü insanları burada yaşayır, sirrləri açıqladı – Nələri yeyir, nələri yemirlər?

Dünyanın ən uzunömürlü insanları burada yaşayır, sirrləri açıqladı – Nələri yeyir, nələri yemirlər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən uzunömürlü “Mavi bölgə” (Blue Zones) insanlarının sirri bəlli olub.

Sfera.az bildirir ki, mütəmadi olaraq qəlyanaltı etməyən və kalorili qidalanmadan uzaq duran bu insanların hansı məhsullardan istifadə etdiyi aşkarlanıb. “National Geographic” jurnalında yayımlanan yazıya görə, həmin şəxslərin ortaq qidalarından biri fındıqdır. Məhz bu səbəbdən “mavi bölgə” insanlarının uzun ömür sürdüyü, aşağı xolesterol nisbətinə, daha az iltihaba və aşağı qan təzyiqinə sahib olduğu müəyyən edilib.

“American Journal of Lifestyle” qeyd edib ki, sözügedən insanlar əsasən bitki yeyir, bəzən isə ət istehlak edir, pəhriz yağlarının çoxunu qoz-fındıq və zeytun yağı kimi qidalardan alırlar. Dünyanın ən uzun ömür sürən insanlarının ortaq bir cəhəti var – ağ çörək yemirlər. Bunun əvəzinə onlar tərkibində kəpəkli taxıl olan çörəklərdən istifadə edirlər. Qəhvə də “mavi bölgə”də yaşayan insanların ortaq cəhətlərindəndir. Məlumata görə, səhərlər qara qəhvə içməyin böyük əhəmiyyəti var – bu, enerji artımını təmin edə, iltihabı, xroniki xəstəlik riskini azalda və hətta ürək sağlamlığını yaxşılaşdıra bilər.

Digər qidalar arasında isə noxud, qara lobya, avakado və.s də yer alıb.

Qeyd edək ki, “Mavi bölgə” adlanan ərazidə yaşayan insanlar təxminən 100 yaşa qədər yaşayırlar. Bu bölgələrə daxildir – Sardiniyanın Barbagia bölgəsi – Daxili Sardiniyanın dağlıq yüksəklikləri; İkariya, Yunanıstan – Egey adası; Nikoya yarımadası, Kosta-Rika ; Loma Linda, Kaliforniya; Okinava, Yaponiya .