Maqazin

“Sevgililər günündə hədiyyəm gəlib, kişi həmkarlarım…” – Nigar Şabanova

“Sevgililər günündə hədiyyəm gəlib, kişi həmkarlarım…” – Nigar Şabanovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sevgililər gününü evdə qızımla və bacım oğlu  ilə keçirmişəm. Amma hədiyyəm gəlib. Nə mənası var ki? Demirəm, sevgilim var”.

7Times.az  olay-a istinadən xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində Əməkdar artist Nigar Şabanova deyib. O bildirib ki, Sevgililər günündə hamı onu təbrik edib:

“Dünən çox maraqlıdır, sanki Novruz Bayramı, Yeni il, ya 8 Mart idi. Hamı məni təbrik edirdi. Xüsusilə də kişi qohumlarım və sənət yoldaşlarım təbrik edirdilər. Dedim, qardaş, başına dönüm məni niyə təbrik edirsən?

Gül, hədiyyə göndərən, bahalı, ya da öz cibinə uyğun hədiyyə  bağışlayan olub. Hətta qardaşım da  mənə gül aldı. Bilirlər ki, yalnız xanımam sevindirməyə çalışırlar ki, özümü tək hiss etməyim. Heç qoyaram sən ağızlara söz verəsən. Gözəl xanıma hər zaman hədiyyə gəlir. Mənə tez-tez güllər göndərir sevənlərim. Ard-arası kəsilməsin, heç olmasa xoşbəxt oluram”.