Dünya

Aİ Ukraynanın NATO-ya üzv olma imkanını qorumağı təklif edir

Aİ Ukraynanın NATO-ya üzv olma imkanını qorumağı təklif edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Ukrayna ilə birlikdə ABŞ-nin təklifinə əsaslanaraq müharibəni bitirmək üçün öz planını hazırlayıb, lakin plan bir neçə əsas müddəada fərqlənir.

“Report”un “The Telegraph” və “Reuters”ə istinadən məlumatına görə, 24 maddəlik Avropa planı “Ukraynanı daha çox dəstəkləyir və münaqişə zamanı verdiyi böyük qurbanları qəbul edir”.

Avropa-Ukrayna planının əsas müddəaları bunlardır:

Müharibənin bitməsindən sonra sülhü və təhlükəsizliyi qorumaq üçün xüsusi tədbirlər görüləcək.

Rusiya və Ukrayna quruda, havada və dənizdə atəşkəsə riayət etməyi öhdələrinə götürürlər.

Dərhal üçüncü ölkənin monitorinqi ilə bağlı danışıqlar dərhal başlayacaq.