Aktual

Azərbaycan əhalisi ən çox hansı ödənişli xidmətlərə pul xərcləyib? – Statistik göstəricilər

Azərbaycan əhalisi ən çox hansı ödənişli xidmətlərə pul xərcləyib? – Statistik göstəricilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Azərbaycan əhalisinin ödənişli xidmətlərdən istifadəyə görə xərclədiyi pulun həcmi artsa da, 2019-cu ildəki yüksək göstəricini təkrarlamaq mümkün olmayıb.

 

Sfera.az xəbər verir ki, ötən il əhali pullu xidmətlərə 7,76 milyard manat xərcləyib. Bu məbləğ 2020-ci ildəkindən 760 milyon manat çox olsa da, 2019-cu ildən 1,85 milyard manat az olub.

 

Ötən il əhali adambaşına ödənişli xidmətlərə 774 manat xərcləyib. 2019-cu ildə adambaşına xərclər 970 manat idi.

 

2019-cu illə müqayisədə ötən il ödənişli xidmətlərə çəkilən xərcin az olması pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin, qadağaların tam aradan götürülməməsi ilə bağlıdır. Məhdudiyyətlərin olmasına görə, bəzi xidmətlərdən istifadə xeyli azalıb.

 

Bəs, Azərbaycan əhalisi ən çox hansı ödənişli xidmətlərə pul xərcləyir?

 

2021-ci ilin məlumatına əsasən, əhali rabitə xidmətlərinə daha çox pul xərcləyir. Ötən il rabitə xidmətlərinə 2,1 milyard manat xərclənib.

Əhali ödənişi xidmətlərdən ikinci ən çox pulu kommunal xidmətlərə xərcləyib. Bu xidmət növündən istifadə əhaliyə 1,73 milyard manata başa gəlib.

 

Nəqliyyat xidmətlərinə də çox pul xərclənir. Ötən il nəqliyyat xidmətlərinə çəkilən xərc 1,08 milyard manat olub.

 

Adıçəkilən xidmət növlərindən başqa məişət xidmətlərinə 820 milyon manat, səhiyyə xidmətlərinə 617 milyon manat, təhsilə 476 milyon manat pul gedib.

 

Statistika göstərir ki, əhali bir ildə orta hesabla adambaşına rabitə xidmətlərinə 210 manat, kommunal xidmətlərə 173 manat, nəqliyyata 108 manat pul xərcləyib.