Hadisə

Bakıda 5 nəfərin meyitinin tapılması ilə bağlı TƏFƏRRÜAT

Bakıda 5 nəfərin meyitinin tapılması ilə bağlı TƏFƏRRÜATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir evdən meyiti tapılan beş nəfərlə bağlı bəzi detallar məlum olub.

7times.az oxu.az-a istinadən xəbər verir ki, ev sahibi Sulutəpədə yaşayır.

O, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən özünə məxsus digər fərdi yaşayış evini isə təmir etdirirmiş.

Qohumların dediyinə görə, ev yiyəsi uşaqlarına zəng edib, amma onlar telefonu açmayıblar. Daha sonra onlar hadisə baş verən evə gəliblər. Qapını qırıb, açdıqdan sonra dəhşətli mənzərə ilə qarşılaşıblar. Usta qapının ağzında keçinib. Digər şəxslər isə yatılı vəziyyətdə aşkarlanıblar.

Evdə həlak olanlardan ikisi ev yiyəsinin övladları, biri usta işləyən yaxın qohumudur. Digər iki nəfər isə ev yiyəsinin övladlarının dostudur.