Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, müğənni “Tarixin bir günü” verilişində qonaq olarkən deyib ki, bəzi proqramlara çıxmır:
“Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlarda olsam, hörmətsiz olaram. Verilişin formatı mənə uyğun deyil. Bəlkə kiminsə ehtiyacı var. Amma mənim o verilişlərə yoxdur. Biz o fikirdəyik. Maqazin verilişləri var ki, müsahibə alırlar. O qədər yanlış suallar verirlər ki… Ona görə müsahibə vermirəm. Heç kim inciməsin məndən. Əziz həmkrarlaırm, sizə də sual veriləndə, birinci onun dərinliyinə gedin. Görün nə dərəcədə düzdür, səmimi sualdır. Sonra özünüzdən çıxıb cavab verin. Bir müddət əvvəl olmuşdu. Müsahibə alan da dostlarımızdan idi. Zarafata söz deyirəm, onun ucundan tuturlar, soruşurlar ki, nə deyə bilərsiz? Bu alimlər də başlayırlar. Biz çörək kəsirik. Fikirləşin ki, Könül xanım bunu hansı mənada deyə bilər. Gərək diqqət edəm, bir az çaşırlar”.