“Ukraynanın NATO-ya daxil olması ilə bağlı diplomatiya ikibaşlı olub”.
7Times.az “Unian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.
“Əgər biz Ukraynanın NATO-ya üzv olması ilə bağlı dediyimizi əmələ keçirsəydik, ardıcıl olsaydıq, bu faciələr baş verməzdi”, – deyə eks-baş nazir bildirib.
Conson Ukraynanın NATO üzvü olacağı təqdirdə Rusiyanın bu ölkəyə hücumdan çəkinəcəyini əlavə edib.
Qeyd edək ki, 2008-ci ildə keçirilmiş NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstana “üzvlük hərəkət planı” verilməsi barədə konsensus əldə etmək mümkün olmamışdı.
Follow @7timesaz