Türkiyə növbəti il iqlim üzrə COP31 sammitinə ev sahibliyi edəcək.
7Times.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese məlumat verib.
Tərəflər kompromis əldə edib. COP31-in sədrliyi Türkiyəyə veriləcək, hazırlıq tədbirləri isə Sakit Okean regionunda təşkil olunacaq, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək”, – Albanese bildirib.
O qeyd edib ki, bu qərar həm Avstraliya, həm də Türkiyə üçün əhəmiyyətli diplomatik uğur sayılır.
“Röyters”in məlumatına görə, COP31-in Antalya şəhərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bir müddət öncə Avstraliya Baş naziri Entoni Albanese COP31 iqlim sammitini Türkiyə ilə birgə keçirməyəcəklərini bildirmişdi.
Follow @7timesaz


