Dünya

Ərəb Liqasının vahid mövqeyi Blinkenə Əmmanda təqdim olunacaq – Misir XİN

Ərəb Liqasının vahid mövqeyi Blinkenə Əmmanda təqdim olunacaq – Misir XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb ölkələrinin Fələstinin Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı vahid mövqeyi ABŞ dövlət katibi Antoni Blinkenə İordaniya paytaxtında təqdim olunacaq.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki,  Qəzzadakı vəziyyətlə bağlı Ərəb Liqasının vahid mövqeyi Blinkenin Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə Əmmandakı görüşü zamanı təqdim olunacaq.

Bu barədə Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd məlumat verib.

“Heç bir tərəddüd və ya qeyri-müəyyənliyə yol verməyən vahid ərəb mövqeyi Əmmanda keçiriləcək görüşdə ABŞ dövlət katibinin diqqətinə çatdırılacaq”, – Əbu Zeid «X» sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb. .

Misir Xarici İşlər Nazirliyinin sözçüsü ərəb dövlətlərinin vahid möveyini açıqlayıb: “İsrailin hücumları dərhal dayandırılmalı, humanitar yardım axınını prioritetləşdirilməli, fələstinlilərin öz torpaqlarından didərgin düşməsinin qarşısını alınmalı və müstəqil Fələsin dövləti tanımalıdır”.

Onun sözlərinə görə, bu amillər nəzərə alınsa, Fələstin problemi həll edilmiş olar.