Manşet

Erməni təxribatı nəticəsində bu günə qədər verdiyimiz itkilər AÇIQLANDI

41 mülki şəxs qətlə yetirilib, 205 nəfər isə yaralanıb.

Erməni təxribatı nəticəsində bu günə qədər verdiyimiz itkilər AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1 165-dir.