Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryan Moskvaya səfərə gedib.
7times.az bildirir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, M. Qriqoryanın səfərinin rəsmən rusiyalı həmkarı Aleksey Overçukla görüş olduğu bildirilsə də, əslində o, başqa məqsədlə Rusiyaya gedib.
Ermənistana məxsus mülki təyyarə ilə Moskvaya gedən M. Qriqoryan bu təyyarəyə silah-sursat yükləyərək onu Gürcüstanın hava məkanı üzərindən Ermənistana gətirməyə çalışır.
Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi qaydalara və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına əsasən, mülki təyyarələrdə silah daşınması qanunla qadağandır. APA-nın Rusiya bürosu bununla bağlı Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə sorğu ünvanlayır.
Follow @7timesaz