Manşet

“Ermənistanda hərbçilər incidilir, süründürülür, onlara kobud cavab verilir…“ – Xaçik Vardanyan

“Ermənistanda hərbçilər incidilir, süründürülür, onlara kobud cavab verilir…“ – Xaçik Vardanyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə 7 aydır ki, başa çatıb, hələ də hərbçilər müharibə əlili statusu ala bilmirlər. Dövlətin aidiyyatı idarələri süründürməçiliklə məşğuldur”. 

7times.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə erməni blogger Xaçik Vardanyan özünün feysbuk səhifəsində yazıb. Modern.az-ın bildirdiyinə görə, o, müharibədən sonra dövlətin əlillik təyin edən orqanlarının tamamilə iflic vəziyyətinə düşdüyünü deyib:

“Qaynar xəttə zəng edəndə çox vaxt xəttin işləmədiyini görürsən. Bəzi hallarda isə sənə çox kobud cavab verirlər. Müharibədə yaralanan şəxslərin əlilliyi ilə bağlı status verilmir. Bilinmir ki, filankəs müharibədə yaralanaraq əlil olub, yoxsa qonşusu ilə pivə içərkən dalaşanda xəsarət alıb. Ermənistanda yüzlərlə hərbçi incidilir. Problemləri həll edilmir. Onlara müharibə əlili statusu verilmir”.