Ölkə

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

“7Times.az” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, İstanbulda polis idarəsinə aparılıb və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq: “İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polisdən gəliblər, məni həbsxanaya aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və Partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Ramiz Mehdiyevin işi ilə bağlı dindirilir.

Qafqazinfo