Region

“Heykəl götürülməli, Azərbaycan xalqından üzr istənilməlidir” – Arif Hacılıdan sərt REAKSİYA

“Heykəl götürülməli, Azərbaycan xalqından üzr istənilməlidir” – Arif Hacılıdan sərt REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus ordusunun Azərbaycan ərazisində, Xocalıda ucaltdığı bu heykəlin bir mənası var. Rus əskəri vəhşi ordumuzdan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir”.

7times.az xəbər verir ki, bunu Müsavat partiyasının başqanı Arif Hacılı qeyd edib.

“Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla azı 613 nəfər dinc sakinin qətlə yetirilməsində 366-cı motoatıcı diviziyası ilə birbaşa iştirak edən rus ordusunun Qarabağa, həmçinin Xocalıya “sülhməramlı” adı ilə dəvət edilməsinin başqa nəticəsi də ola bilməzdi.

Ordumuza və xalqımıza qarşı təhqir olan bu abidə dərhal götürülməli, yol verilən əndazəsiz həqarətə görə Azərbaycan xalqından üzr istənilməsi Rusiya hərbi-siyasi rəhbərliyindən rəsmən tələb edilməlidir”, – deyə Arif Hacılı vurğulayıb.

“Heykəl götürülməli, Azərbaycan xalqından üzr istənilməlidir” - Arif Hacılıdan sərt REAKSİYA