Siyasət

İlham Əliyev Aleksey Overçukla görüşdü

İlham Əliyev Aleksey Overçukla görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib.

7times.az xəbər verir ki, Aleksey Overçuk Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ildə koronovirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr inkişaf edib. Bu baxımdan keçən ilin sonlarında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin Rusiyaya, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçukun isə hazırda ölkəmizə səfər etməsi bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib.

Görüşdə 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətləri müzakirə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.