Ötən il itkin düşən rayon sakini Rəşad Kərimovun meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7Times.az-a verilən məlumata görə, bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.