Manşet

Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu

Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən 7times.az-a verilən məlumata görə, qarşı tərəf cavab atəşilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.