“Zəlzələnin fəsadlarından əlavə, son dərəcə ağır hava şəraiti ilə mübarizə aparırıq.”
7Times.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mediaya açıqlamasında deyib.
“Soyuqdur və bir çox insan evlərini itirib – onlar açıq havadadırlar”,- deyə o bildirib.