Sosial

Milli Qəhrəmanlara verilən təqaüd 1800 manat oldu

Milli Qəhrəmanlara verilən təqaüd 1800 manat oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişiklik edib.

7times.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 1500 manatdan 1800 manata qaldırılıb.