Manşet

Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmənin xeyli canlı qüvvəsi məhv edildi

1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmənin xeyli canlı qüvvəsi məhv edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhənin müxtəlif istiqamətlərində düşmənə ciddi zərbələr vurulub.

7times.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.