Manşet

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyətbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.

“7times” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə 4 490 360, “Buster” doza üzrə isə 613 208 nəfər təşkil edir.