Sağlamlıq

“Omikron” ştamından ölüm halı qeydə alındı – Polşada

“Omikron” ştamından ölüm halı qeydə alındı – Polşadabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada koronavirusun “omikron” ştamına yoluxmuş şəxslər arasında ilk ölüm halları qeydə alınıb.

7Times.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, ölkədə 193 nəfərin “omikron” ştamına yoluxduğu müəyyən olunub. Onlardan 2 nəfəri dünyasını dəyişib. 92 və 85 yaşlı hər iki şəxsin virusa qarşı peyvənd olunmadığı bildirilir.

Ümumiyyətlə, ötən həftə ərzində Polşada “omikron” ştamına yoluxma hallarının sayında 7-8% artım qeydə alınıb.

Nazirliyin məlumatına görə, son sutka ərzində Polşada 11 106 nəfər koronavirusa yoluxub, 13 797 nəfər isə xəstəlikdən sağalıb.