2022-ci il ərzində Komitəyə 4111 vətəndaş müracəti daxil olub. Vətəndaş müraciətlərinin mövzular üzrə təhlilindən aydın olmuşdur ki, məhkəmə qərarlarının icrası (825), məişət zorakılığı (468), müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması (264), müayinə və müalicə olunmaqda köməklik (237) ilə bağlı müraciətlər üstünlük təşkil edir.
7Times.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üçün illik hesabatında qeyd olunub.
Eyni zamanda cari il ərzində 860 Gender-əsaslı zorakılıqla bağlı Qaynar Xəttə 269 müraciət daxil olub. Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərlə dair lazımı tədbirlər görülmüş, yerli icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə əlaqə saxlanılaraq, müraciətlər Komitə tərəfindən nəzarətə götürülmüşdür. Cari il ərzində daxil olan cavab məktublarının təhli nəticəsində məlum olmuşdur ki 41 vətəndaşa mühafizə orderi verilib.
Follow @7timesaz