Quba rayonunda Özünüməşğulluq proqramı çərçivəsində yaranan gecikmələr sakinlərin narazılığına səbəb olub. Rayon sakinləri bildirirlər ki, proqram üzrə nəzərdə tutulan dəstəyin, xüsusilə mal-qara verilməsinin həyata keçirilməsi aylarla deyil, artıq illərlə uzanır.
Onların sözlərinə görə, növbə gözləmə müddətinin bu qədər uzun çəkməsi ciddi problemlər yaradır. Sakinlər həmçinin proqramın icrasında tətbiq olunan növbəlilik prinsipinin şəffaflığına şübhə ilə yanaşdıqlarını qeyd edirlər.
Quba rayonunun Zərdabi kənd sakinləri Şakir Mütəllimov və Rəşid Qafarov bu istiqamətdə qarşılaşdıqları çətinlikləri “7Times.az” saytına açıqlayıblar. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların daha operativ və şəffaf fəaliyyət göstərməsini gözlədiklərini bildiriblər.
Daha ətraflı məlumat “7Times.az”ın hazırladığı reportajda təqdim olunub.
Follow @7timesaz


