…qorxu
Mən heç kimə daş atmıram…
…atmağa da daşım yoxdu!
…qorxuram daşından, dünya —
daş tutmağa başım yoxdu!
…ya məni, ya da daşını!
…əyilir qaşın — ağırdı?
…qorxuram daşından, dünya —
qorxuram…daşın ağırdı!
…yolçuluqdan yorulmuşam,
fağıram quşundan, dünya!
…ağrımağa başım yoxdu,
qorxuram daşından, dünya!
Şer oturuşmuş yerlər…
Dan üzü bir şer…dan üzü…
…axşam vədəsində bir şer!
…bir şer mələk qanadında,
arif badəsində bir şer!
Biri bir gülün tacında,
biri suların ovcunda!..
Bir şer dodağın ucunda,
gözün didəsində bir şer!
…uyumaqda meylə bir eşq!
…duyulmaqda neylə bir eşq!
…ötəsində böylə bir eşq,
eşqin ötəsində bir şer!
Paşa Talıblı
Rusiya…Volqoqrad şəhəri…
Follow @7timesaz