Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb, həlak olan hərbçilərin xatirəsini anıb.
Türkiyə liderinin sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, sürətli şəkildə axtarış və xilasetmə işləri başladılıb.
Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə qapadılıb.
“Təyyarənin qara qutusu tapılıb, araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Yerdə qalan bir hərbçinin nəşinin qalıqları axtarılır”, – Türkiyə Prezidenti vurğulayıb.
O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.
Follow @7timesaz


