“Bilirdik bizi çətin rəqib gözləyir. Nəticə pis deyildi. Birinci hissədə üstünlük “Qarabağ”da idi. Gələn həftə səhvlərimiz üzərində çalışacağıq ki, bunlar təkrarlanmasın”.
7Times.az xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso “Qarabağ”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşən ispaniyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
– Bu oyunda Qurban Qurbanov – Xabi Alonso dostluğu nəticəyə necə təsir göstərdi?
– Oyuna təsiri futbolçular göstərir, biz yox.
– Məğlubiyyətə çox fokuslanmadım, əsas komandada enerji olsun. Futboldur, hər şey ola bilər. Bu gün “Qarabağ”ın bəxti gətirmədi, yaranan şanslardan istifadə etmədi, biz isə ikinci qolu vura bildik.
– “Qarabağ” haqqında nə düşünürsünüz, fikirləriniz nədir?
– Azərbaycan futbolu deyəndə ağlıma “Qarabağ” gəlir. Keyfiyyətli klubdur. Qurban müəllim Avroliqada uğur qazana bilib.
– 3 oyundan sonra necə düşünürsünüz “Qarabağ”ın futbolçuları Avropanın top 5 liqalarında oynaya bilər?
– Tək-tək futbolçuların adını çəkməyəcəm, amma “Qarabağ” Bundesliqada oynayacaq gücdədir.
SAVASH.ORG
Follow @7timesaz