Ölkə

Repetitorluq niyə getdikcə güclənir? – Müəllimlər qəpik-quruşla yaşayırlar – TƏNQİD

Repetitorluq niyə getdikcə güclənir? – Müəllimlər qəpik-quruşla yaşayırlar – TƏNQİDbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsil  Nazirliyinin birinci vəzifəsi repetitorluğu məhv etmək olmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq, ADPU-nun dosenti  İlham Əhmədov deyib.

Belə ki, son zamanlar repetitorluğun təhsilin inkişafına mane olduğu ilə bağlı fikirlər səslənir.

Pedaqoq İlham Əhmədov repetitorluğun təhsilin inkişafına yaratdığı maneələrdən söz açıb:

“Repetitorluğu mənfi hal olaraq qiymətləndirirəm. O, yalnız məktəbdə təhsil sisteminin çökməsinə xidmət edir. Bu işə təkan verən əsas şəxslərin başında direktorlar gəlir. Çünki onların burada yüksək maraqları olur. Müəllimlər bu kimi biznesdən pul əldə edirlər. Valideynlər isə düşünürlər ki, övladları repetitor yanında daha keyfiyyətli təhsil alacaq, çünki burada uşaq sayı sinifə nisbətən az olur. Lakin heç kimin artıqdan pulu yoxdur ki, ay ərzində 500-1000 manat repetitora pul ödəsin. Bəziləri borca girir pul götürür, digərləri kənddə heyvanlarını satır ki, övladları təhsil alsın. Ona görə də repetitorluq mənfi tendesiyadır. Ola bilər ki, şagird bir fəndən zəif olsun, bu zaman repetitora müraciət edə bilər. Lakin elə abituriyentlər olur ki, 9-cu sinifə kimi heç nə oxumurlar, sonra gedirlər müəllim yanına, bu zaman da təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. Bunların hər biri səthi düşüncədir.

Bizim də yolumuz məktəbdən keçib. O dövrdə olan nəsilin heç bir nümayəndəsi repetitor yanına getməyib. Hamısı da universitetdə normal oxuyaraq iş həyatlarını qurublar. Təhsil Nazirliyinin birinci vəzifəsi repetitorluğu məhv etmək olmalıdır”.

Pedaqoq repetitorluğun yaranmasının əsas səbəbini müəllimlərə diqqət ayrılmaması olduğunu deyib:

“Repetitorluq ləğv edildikdə bir sıra addımlara əl atılmalıdır. İlk olaraq normal dərsliklər yazılmalıdır, onlar da peşəkar insanlar tərəfindən nəşr edilməlidir,  çap məhsullarının keyfiyyətli olması üçün standartlar  yaradılmalıdır. Müəllimlərin hazırlığına xüsusi fikir verilməlidir. Pedaqoji yönümlü universitetlər bu məsələyə diqqət ayıraraq investisyalar yatırmalıdır.

Müəllimlər qəpik-quruşla yaşayırlar. Onların hazırlanması, təkmilləşdirilməsi lazımdır və sosial problemləri həll edilməli, maaşları artırılmalıdır. Keyfiyyətli təhsil üçün keyfiyyətli həyat tərzi formalaşdırılmalıdır. Bunların hər biri digəri ilə bağlıdır, təsadüfi heç nə yoxdur. Hazırda təhsildə daş üstə daş qalmayıb.

Repetitorluğun ən yaxşı cəhəti müəllimin maddi vəziyyətinin yaxşılaşdırlmasına xidmət etməsidir. Çünki müəllimlər onlara verilən maaşın ümidinə qalsalar, çox çətinliklər yaranar.

Repetitor kimi çalışanlar məktəbin onlara verdiyindən çox gəlir əldə edir. Əgər təhsil işçilərinin maaşı 2 dəfə artırılsa, onun sosial vəziyyəti yaxşılaşsa, müəllimin də repetitorluğa ehtiyacı qalmaz. Valideyn də cibindən pul xərcləməz. 4000 mindən çox   məktəb var, onlardan bir çoxu təmir edilib, lakin  sinif otaqları boşdur, çünki şagirdlər repetitor yanına getməyi üstün tutublar. O məktəblərə xərclənən pullar müəllimlərin maaşlarına əlavə edilsə, belə mənfi hallar yaranmaz. Yüksək maaş alan müəllim normal şəkildə işini davam etdirməyə başlayacaqdır”.