Dünya

“ABŞ ilə yenidən münaqişə ehtimalı mümkündür” – SEPAH

“ABŞ ilə yenidən münaqişə ehtimalı mümkündür” – SEPAHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının müfəttiş müavini Məhəmməd Cəfər Əsədi İran və ABŞ arasında yenidən münaqişə ehtimalının olduğunu bildirib.

Əsədi qeyd edib ki, mövcud sübutlar ABŞ-nin heç bir vədə və ya razılaşmaya əməl etmədiyini göstərir. SEPAH rəsmisinin sözlərinə görə, Amerika rəsmilərinin son hərəkətləri və açıqlamaları əsasən mediaya hesablanıb.

O bildirib ki, Vaşinqtonun bu cür çıxışlarının iki əsas məqsədi var: birincisi neft qiymətlərinin aşağı düşməsinin qarşısını almaq, ikincisi isə ABŞ-nin özü tərəfindən yaradılmış mövcud vəziyyətdən çıxış yolu tapmaq.