Aktual

“Rus dilində sərbəst danışan, kommunist Şərqi Almaniyada böyüyən Angela Merkel…

“Rus dilində sərbəst danışan, kommunist Şərqi Almaniyada böyüyən Angela Merkel…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Uzun müddət susqunluqdan sonra Angela Merkel Ukraynadakı müharibədən danışıb
Almaniyanın sabiq kansleri Angela Merkel bir neçə ay davam edən susqunluğundan sonra Putinin “xüsusi hərbi əməliyyat”ı barədə fikir söyləyib.
Moderator.az xəbər verir ki, bu barədə “Röyter” informasiya agentliyi məlumat yayıb.
Rusiyanın “xüsusi əməliyyat”ına hazırlığına dolayısı ilə kömək edən şəxsi tövhəsinə rəğmən, sabiq kansler bu məsələdə uctimaiyyət qarşısında şərh verməkdən çəkinib.
Lakin DGB Həmkərlar Konfederasiyasının rəhbəri ilə vida mərasimində Merkel Ukrayna ilə həmrəy olduğunu ifadə edib və bəyan edib ki, Almaniya hökumətinin “bu barbar müharibəyə son qoyulması” səylərini müdafiə edir.
Bu zaman agentlik həmçinin vurğulayıb ki, Almaniyanın sabiq kansleri hökumətə Ukraynadakı müharibə ilə bağlı hər hansı məsləhətlər verməkdən
və umumilikdə vəziyyətə müdaxilə etməkdən imtina edib.
“Röyter” qeyd edib ki, rus dilində sərbəst danışan, kommunist Şərqi Avropada böyüyb boya-başa çatan Merkel Rusiya qazının bilavasitə Almaniyaya nəqli üçün nəzərdə tutulan “Şimal axını-2” qaz kəmərinin tikintisinə dəstək verdiyinə görə ABŞ və digər dövıətlərin tənqidinə məruz qalıb.
Merlelin varisi Olaf Şolts bu lahiyəni qapadıb.
Qeyd edək ki, aprelin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski öz müraciətində Angela Merkeli xatırladıb:
“Mən xanım Merkeli, cənab Sarkozini Buçanı ziyarət etməyə və Rusiyaya qarşı 14 il ərzində güzəştlər siyasətinin nəyə gətirib çıxardığını
görməyə dəvət edirəm. Öz gözlərinizlə Ukraynanın əzab verilən kişi və qadınlarını görəcəksiniz”, – Zelenski deyib.