Dünya

Rus qırıcılar yeni texnologiya ilə qəzaya salınır? – Türk general

Rus qırıcılar yeni texnologiya ilə qəzaya salınır? – Türk generalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son bir həftədə qırıcı təyyarələrin qəzaya uğrayaraq yaşayış binalarına düşməsi tamamilə təsadüfdür. Hər iki təyyarə qəzasının texniki səbəblərdən meydana gəldiyi bildirilir.

Bu sözləri Axar.az-a açıqlaması zamanı Türkiyə Hava Qüvvələrinin istefada olan generalı Bəyazid Qaradaş deyib.

General bildirib ki, bunlar yeni nəsil təyyarələrdir:

“17 oktyabrda Rusiyanın Yeysk şəhərində yaşayış binasına çırpılan Su-34 qırıcı təyyarəsinin qəzaya uğramasının səbəbi mühərriklərdən birində yanğının baş verməsidir. Dünən Rusiyanın İrkutsk vilayətində yaşayış binasının üzərinə düşən Su-30 qırıcı təyyarəsi isə təhvil verilmədən öncə həyata keçirilən sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Bu təyyarələr dörd və beşinci nəsil döyüş təyyarələri sayılır və onları peyk, ya da haker müdaxiləsi ilə qəzaya salmaq mümkün deyil”.