Hadisə

Sabirabad rayonunda yol qəzası olub, iki nəfər xəsarət alıb

Sabirabad rayonunda yol qəzası olub, iki nəfər xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

7Times.az xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qalağayın kənd sakinləri – 1948-ci il təvəllüdlü Kərimov Aydın Əhməd oğlu və 1986-cı il təvəllüdlü Əliyev Xəyal Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.