Manşet

Şabranda şəhid bulağının açılışı olub – Fotolar

Şabranda şəhid bulağının açılışı olub – Fotolar  backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunun Surra kəndində Vətən müharibəsi şəhidi, əsgər Ağayev Əmirağa Mahir oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

7times.az xəbər verir ki, açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri, kənd sakinləri, Surra kənd tam orta məktəbinin şagirdləri və şəhidin doğmaları iştirak ediblər.

Qeyd edək ki, iki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində anadan olub. 2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanıb. Əmirağa Ağayev Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.

Şəhid əsgər Ali Baş Komandan İlham Əliyev tərəfindən ”Vətən uğrunda”, ”Cəsur döyüşçü”, ”Xacavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Müşfiq Qərib