Dünya

Ukraynanın şərqində gərginlik davam edir – Daha 1 hərbçi öldü

Ukraynanın şərqində gərginlik davam edir – Daha 1 hərbçi öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şərqində separatçıların atəşə tutması nəticəsində bir Ukrayna əsgəri həlak olub.

7times.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat verib. Qeyd olunub ki, separatçılar gecə yarısından səhər saat 07:00-a qədər atəşkəsi beş dəfə pozublar.

Peski və Vodyanoe kəndlərinin bombalandığı bildirilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi Ruslan Xomçak 30 martda Ali Radada çıxış edərək, Rusiyanın təlimlər keçirmək bəhanəsi ilə qoşunlarını Ukrayna sərhədlərinə çəkdiyini açıqlamışdı.

Şərqi Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün üçtərəfli təmas qrupu (Ukrayna, ATƏT, Rusiya) 27 iyul 2020-ci il tarixindən Donbassda tam atəşkəs barədə razılığa gəliblər.

Xatırladaq ki, 2014-cü ildən bugünədək Ukraynanın şərqindəki qarşıdurmalar 13.000-dən çox insanın ölümünə səbəb olub.