Braziliya millisinin sabiq hücumçusu Robinyo qrup şəklində zorlamada təqsirli bilinib.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu əsl cəzası alıb. İtaliya məhkəməsi bu işdə Robinyonu təqsirli bilib və 40 yaşlı braziliyalını 9 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, cinayət 2013-cü ildə Robinyonun “Milan”da çıxış etdiyi vaxt baş verib.
Robinyo Avropada “Mançester Siti”, “Real Madrid” və “Milan”da çıxış edib. Kral klubunun üzvü kimi o, iki dəfə İspaniya çempionu olub.
Follow @7timesaz