Azərbaycanda insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması və məhv edilməsi qaydalarının müəyyənləşdirilməsi üçün hüquqi əsas yaradılır.
7Times.az xəbər verir ki, bununla bağlı “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Qanuna əlavə edilən yeni müddəa texniki tənzimləmənin şamil olunduğu təhlükəli malların bazardan geri çağırılmasını, dövriyyədən çıxarılmasını, götürülməsini, daşınmasını və saxlanmasını əhatə edir.
Həmin malların zərərsizləşdirilməsi və ya məhv edilməsi də nəzərdə tutulur. Bu tədbirlər səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Follow @7timesaz


