“Rusiya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birgə bütün dünyada islamofobiya, xristianofobiya və rusofobiya ilə mübarizəni davam etdirəcək”.
7Times.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İƏT Gənc Diplomatlar Forumunda deyib.
“Biz İƏT ilə birlikdə dinlərarası və mədəniyyətlərarası dialoqun asanlaşdırılmasını davam etdirməyə və bütün dünya dinlərinin paylaşdığı mənəvi-əxlaqi dəyərləri qorumağa hazırıq.Rusiya Avrasiyanın ən böyük ölkəsidir, müsəlman dövlətləri ilə ənənəvi olaraq vicdanlı və qarşılıqlı hörmətə əsaslanan münasibətləri dəstəkləyən sivilizasiya dövlətidir”, – Lavrov vurğulayıb.
Xarici işlər naziri bəyan edib ki, Rusiya BMT Nizamnaməsinin prinsipləri əsasında daha ədalətli və demokratik çoxqütblü dünya nizamının formalaşdırılmasının ardıcıl tərəfdarıdır.
Sfera.az
Follow @7timesaz