Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Xaçmaz regional ədliyyə idarəsinin inzibati binasında yurisdiksiyaya aid ədliyyə qurumlarının əməkdaşlarının iştirakı ilə anım tədbiri, o cümlədən “20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən natiqlər xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinə nəzər yetiriblər.
Tədbrirdə həmçinin Ulu Öndər Heydər Əliyevin baş vermiş qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verdiyi, faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığı, şəhid ailələrinin və əlillərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.
Vurğulanıb ki, bu gün Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətimizin, qalib ordumuzun və xalqımızın birliyi sayəsində doğma torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Azərbaycanın üçrəngli bayrağı Qarabağın hər yerində vüqarla dalğalanır, həmin ərazilər genişmiqyaslı quruculuq işləri aparılmaqla yenidən dirçəlir.
Tədbirin yekununda bildirilib ki, ədliyyə işçiləri doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının fədakarlığını heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim uca tutaraq qürur və ehtiramla yad edirlər.
7Times.az
Follow @7timesaz