Millət vəkili Əlibala Məhərrəmzadənin vətəndaş qəbulu ilə bağlı paylaşdığı fotolar izləyicilər tərəfindən gülüş hədəfinə çevrilib.
“7Times.az” xəbər verir ki, ötən gün millət vəkili Əlibala Məhərrəmzadə Qubada keçirdiyi vətəndaş qəbulu zamanı 3 vətəndaşın fotoları müxtəlif profillərdən dəfələrlə paylaşılaraq qəbulun kütləvi və miqyaslı olduğu təqdim edilib.
Vətəndaş qəbuluna çoxsaylı müraciətin qeydə alınıb və dinlənildiyi təsərrüratı yaratmaq üçün eyni şəxslərin millət vəkili ilə fotoları müxtəlif profillərdən təkrar paylaşılıb və say tərkibinin çoxluğu ifadə edilməyə çalışılıb.
Həmin fotolara diqqətlə nəzər salsanız, əslində qəbulda 2 vətəndaşdan artıq şəxsin olmadığını görərsiniz.




